Azəriqaz-dan abonentlərin sayı ilə bağlı açıqlama

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 138 min 7-yə çatıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) AzNews.az-a verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində İB-də əhali sektoru üzrə 42 min 965 yeni abonent qeydiyyata alınıb. Bunun da 26 min 689-u Bakı, Abşeron və Sumqayıt, 16 min 276-sı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 138 min 7-yə çatıb.