- Köhnə - İqtisadiyyat
- 24 İyul 2018 17:02
- 5 500
Bu qəsəbənin elektrik enerjisi təchizatında fasilələr yaranacaq

Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində 25-27 iyul 2018-ci il tarixlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.
Bu barədə AzNews.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Fasilələr “Azərenerji” ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan h/x-də aparılacaq təmir işləri ilə əlaqədardır.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.