2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı proqnozları üstələyə bilər. 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı proqnozları üstələyə bilər.

“Bütün bu layihələr Azərbaycana böyük valyuta axınını təmin edəcək”

2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı proqnozları üstələyə bilər.

Bunu Trend-ə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, 2017-ci il Azərbaycan üçün qırılma ili olub: “Amma bu ilin ilk yarısının nəticələrinə əsasən biz yenidən artım trayektoriyasına qayıtmışıq. Hesab edirəm ki, 2019-2020-ci illərdə iqtisadiyyatın artım tempi daha da artacaq”.

Deputat bildirib ki, ölkədə Bakı-Tbilisi-Qars, Bakı beynəlxalq dəniz ticarət limanının birinci mərhələsinin tikintisi, “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi bir sıra iri nəqliyyat layihələrinin icrası başa çatdırılıb və ya bitmək üzrədir:

“Bütün bu layihələr ölkəmiz vasitəsilə yük daşımalarını artırmağa imkan verəcək və beləliklə, Azərbaycana böyük valyuta axınını təmin edəcək”.

Deputat əlavə edib ki, daha bir əsas məqam siyasi amildir:

“Azərbaycanda siyasi sabitlik hökm sürür. Prezident İlham Əliyevin xarici siyasəti sayəsində ölkəmiz beynəlxalq arenada ən etibarlı tərəfdaşlardan biri kimi tanınıb. Biz hər zaman öhdəliklərimizi yerinə yetiririk. Azərbaycanın milli valyutası sabitdir, tədiyə balansı müsbətdir, beynəlxalq valyuta ehtiyatları artır, işsizlik azalır. Bütün bu amillər birlikdə sinergetik effekt yaradır və bu da iqtisadiyyatımızın artımında özünü göstərir. Ümumilikdə demək olar ki, Azərbaycanın sosial-iqtisadi modeli Prezident İlham Əliyevin rəhbərliyi altında bütün qlobal böhranları dəf edib”.

AzNews.az