"Ümumiyyətlə "Bakı Metropoliteni" QSC-də sonuncu tarif dəyişikliyi (qiymət artımı) 2011-ci ilin dekabr ayının 1-də olub. Həmin ilin noyabr ayının 24-də Tarif Şurasının qərarı ilə qiymətlər 15 qəpikdən-20 qəpiyə dəyişdirilmişdir. O dövrdən bu yana "Bakı Metropoliteni" QSC-də heç bir qiymət dəyişikliyi olmamışdır. Mövcud qiymət dəyişikliyi ilə bağlı mən bəzi müqayisələri aparmaq istərdim ki, obyektiv mənzərəni təsəvvür etmək bir qədər asan olsun". "Ümumiyyətlə "Bakı Metropoliteni" QSC-də sonuncu tarif dəyişikliyi (qiymət artımı) 2011-ci ilin dekabr ayının 1-də olub. Həmin ilin noyabr ayının 24-də Tarif Şurasının qərarı ilə qiymətlər 15 qəpikdən-20 qəpiyə dəyişdirilmişdir. O dövrdən bu yana "Bakı Metropoliteni" QSC-də heç bir qiymət dəyişikliyi olmamışdır. Mövcud qiymət dəyişikliyi ilə bağlı mən bəzi müqayisələri aparmaq istərdim ki, obyektiv mənzərəni təsəvvür etmək bir qədər asan olsun".

“Bakı Metropoliteni” indi də ən ucuz tarifə malikdir”

"Ümumiyyətlə "Bakı Metropoliteni" QSC-də sonuncu tarif dəyişikliyi (qiymət artımı) 2011-ci ilin dekabr ayının 1-də olub. Həmin ilin noyabr ayının 24-də Tarif Şurasının qərarı ilə qiymətlər 15 qəpikdən-20 qəpiyə dəyişdirilmişdir. O dövrdən bu yana "Bakı Metropoliteni" QSC-də heç bir qiymət dəyişikliyi olmamışdır. Mövcud qiymət dəyişikliyi ilə bağlı mən bəzi müqayisələri aparmaq istərdim ki, obyektiv mənzərəni təsəvvür etmək bir qədər asan olsun".

Bunu SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sabahdan etibarən "Bakı Metropoliteni" QSC-də qiymətlər 1 gediş üçün 30 qəpik olsa belə bu "Bakı Metropoliteni" QSC-nin post-sovet məkanında və yaxın region ölkələri arasında ən ucuz tariflərə malik olmasıdır: "Məsələn, Kiyevdə bu tarif 41-50 qəpik arasıdır, neft 55 qəpikdir, Daşkənddə 37 qəpikdir. Moskvada isə metronun qiyməti bizdən dəfələrlə bahadır. Hətta onu da nəzərə almalıyıq ki, Rusiya metro təchizatı ilə bağlı böyük istehsal gücünə malikdir.

Bildiyiniz kimi "Bakı Metropoliteni" QSC metronun istismarı, tikintisi ilə bağlı bütün əsas təchizatını xarici ölkələrdən xarici valyuta hesabına edir. Yəni bu da məsələlərə obyektiv qiymət vermək üçün bir əsas ola bilər. Lakin bununla belə "Bakı Metropoliteni" QSC-də son illərdə bu asıllığın azadılması istiqamətində müəyyən tədbirlər görülür. İkincisi sərnişinlərin rahatlığı ilə bağlı işlərdir. "Bakı Metropoliteni" QSC-də son illərdə stansiyaların yenidən qurulması və əsaslı təmir işləri kifayət qədər sürətlə aparılır. Artıq "Bakı Metropoliteni" QSC-də istismar müddəti başa çatdıqca dəyişdirilən ekskalatorların sayəsində 75-80 faizi müasir tipli ekskalatorlardır. Eyni qayda ilə digər sahələrdə də işlər davam edir. Məsələn ən ağır mühüm sahələrdən biri vaqonların əsaslı təmir olunaraq yenidən modernləşdirilməsidir. Əvvəllər vaqonlar təmir olunarkən ölkə xaricinə göndərilirdi. Hazırda "Bakı Metropoliteni" QSC bunları öz daxili hesabına həyata keçirir. Biz artıq qatarın xarici ölkəyə nəqlini aradan qaldırmışıq. Təbii ki, bu da yeni kadrların hazırlanması deməkdir. Bu tipli misallar "Bakı Metropoliteni" QSC-də son illər çox görülür”.

Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

AzNews.az