"Regionun lider dövləti olan Azərbaycanda bütün sahələr, o cümlədən nəqliyyat sahəsi inkişaf edib. Tarif (qiymət) Şurasının yeni qərarı isə bu sahənin daha yüksək səviyyəyə çatdırılmasına xidmət göstərir". "Regionun lider dövləti olan Azərbaycanda bütün sahələr, o cümlədən nəqliyyat sahəsi inkişaf edib. Tarif (qiymət) Şurasının yeni qərarı isə bu sahənin daha yüksək səviyyəyə çatdırılmasına xidmət göstərir".

“Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində...” - Rufiz Qonaqov

"Regionun lider dövləti olan Azərbaycanda bütün sahələr, o cümlədən nəqliyyat sahəsi inkişaf edib. Tarif (qiymət) Şurasının yeni qərarı isə bu sahənin daha yüksək səviyyəyə çatdırılmasına xidmət göstərir".

Bu fikirləri "Yeni Azərbaycan"a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və müasir standartlara çatdırılması istiqamətində tədbirlərin sürətləndirilməsinə təkan verəcək. Bu qərar həmçinin nəqliyyat sektorunun maliyyə təminatının daha da yaxşılaşdırılmasına kömək edəcək: "Bəlli olduğu kimi, Azərbaycanda sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilidə, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ildə təsdiq edilib. Artıq bu müddət ərzində nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun formalaşdırılıb. Bir məsələni diqqətdən kənarda qoymaq olmaz ki, Tarif Şurasının yeni qərarından sonra da MDB məkanında ən ucuz qiymətlər yenə də Azərbaycandadır".

AzNews.az