Cənubi Koreyada 20 mindən çox BMW markalı maşının sürülməsinə qadağa qoyulub. Cənubi Koreyada 20 mindən çox BMW markalı maşının sürülməsinə qadağa qoyulub.

Bakıya gətirilən BMW-lər də zaydırmı?

Cənubi Koreyada 20 mindən çox BMW markalı maşının sürülməsinə qadağa qoyulub.

Buna səbəb bu il matorlarda baş verən nasazlıq ucbatından 40 BMW markalı maşının yollarda yanması olub.

Ölkənin Nəqliyyat Nazirliyi BMW markalı maşınları təkrar yoxlamadan keçməyə çağırıb.

Avtomobillərini yenidən yoxlanışa aparmayan şəxsləri bir illik həbs gözləyir.

Bu hadisənin Azərbaycandakı BMW satışına necə təsir etdiyini Aznews.az-a “İMPROTEKS MOTORS” şirkətinin Marketing və Korporativ əlaqələr üzrə müdür müavini Ziya Mahmudov danışıb.

“Hər bir ölkənin öz idxalçısı var və ölkəyə uyğun da avtomobil istehsalçısı avtomobil istehsal edir. Bu hadisə bizə yaxın bazarlarda baş verməyib deyə bizdəki satışlara da heç bir təsiri yoxdur. BMW markasının qiyməti digər markalardan biraz baha olduğu üçün təlabat çox deyil. Azərbaycanda ən çox sevilən və alınan modellər X5 və X6 modelləridir”.

Nigar CƏFƏR
AzNews.az