"İkitərəfli iqtisadi əlaqələr çox fəal inkişaf edir. 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib". "İkitərəfli iqtisadi əlaqələr çox fəal inkişaf edir. 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib".

Ötən il Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 2,5 milyard dollara çatıb

"İkitərəfli iqtisadi əlaqələr çox fəal inkişaf edir. 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib".

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında çıxışə zamanı deyib.

O həmçinin əlavə edib ki, Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir:

"Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir".

"İlham Heydər oğlu ilə müzakirə etdiyimiz bir neçə uğurlu birgə layihəni xatırladım. Məsələn, “KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. “Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir", - deyə Rusiya Prezidenti bildirib.

AzNews.az