Bu il Azərbaycana 58 258 avtomobil gətirilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 58 258 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bunlardan 543 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 52 673-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 486-sı yük avtomobilləri, 556 ədədi isə xüsusi təyinatlı avtomobillər olub.

AzNews.az