- Köhnə - İqtisadiyyat
- 23 Sentyabr 2013 19:15
- 1 664
Artur Rəsizadə büdcə zərfini prezidentə təqdim etdi
Nazirlər Kabiteninin yaydığı məlumata görə, iclası giriş sözü ilə açan baş nazir Artur Rasi-zadə vurğulayıb ki, dövlət büdcəsi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyllər nəzərə alınmaqla tərtib edilib.
Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirilib.
Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə müvafiq qərar qəbul olunub.
AzNews.az