Rabitə müəssisələrinin gəliri artıb


Rabitə müəssisələrinin ölkə ərazisində göstərdiyi xidmətə görə əldə edilən gəlir yüksəlib. Bu ilin ilk 10 ayının göstəriciləri bunu deməyə əsas verib.

AzNews.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 8.5 faiz çox rabitə xidməti göstərilib.

Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 13.5 faiz artaraq 744.5 milyon manata çatıb və ümumi gəlirlərin 59.3 faizini təşkil edib.

AzNews.az