"Barselona"nın yarımmüdafiəçisi FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçilib

İspaniyanın qadınlardan ibarət "Barselona" klubunun yarımmüdafiəçisi Aytana Bonmati FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçilib.

Aznews.az xəbər verir ki, İspaniya millisinin üzvü ardıcıl üçüncü dəfə bu mükafatı qazanıb.

O, ötən mövsüm "Barselona" ilə İspaniya La Liqasını, ölkə kubokunu və Superkuboku qazanıb.