Qanun pozuntularına görə 135 akt və protokol tərtib olunub Qanun pozuntularına görə 135 akt və protokol tərtib olunub

Fiziki və hüquqi şəxslər cərimələndi

Qanun pozuntularına görə 135 akt və protokol tərtib olunub


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki qanun pozuntularını aşkara çıxarıb.Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən iyu ayının 15-dən sonunadək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 135 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 54 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 29 iş üzrə 73600 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 27 iş üzrə 382020.27 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 163 iş üzrə 38602.63 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, məhkəməyə 1, icra qurumlarına isə 20 iş göndərilib.


Mirvari Nəcəf

AzNews.az