1 ilə «Azərspace-1»dən 10 milyon qazanılıb

Azərbaycanın "Azerspace-1" süni rabitə peykinin istismarından əldə olunan gəlirlər artmaqda davam edir.


Təkcə bu ilin 6 ayında əsas fəaliyyətdən təxminən 10 mln. ABŞ dolları həcmində gəlir əldə olunub.

APA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, "Azerspace-1" peykinin gəlirləri artan xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, bu peykin istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır.

AzNews.az