Hazırda satışda "Karmen" unun 1 kisəsinin qiyməti 30 manat təşkil edir Hazırda satışda "Karmen" unun 1 kisəsinin qiyməti 30 manat təşkil edir

Un bahalaşıb

Hazırda satışda "Karmen" unun 1 kisəsinin qiyməti 30 manat təşkil edir



Dünya bazarlarında baş verən qiymət artımı artıq Azərbaycan bazarında da özünü göstərir. AzNews.az olaraq apardığımız kiçik araşdırmalar zamanı məlum oldu ki, Bakıda un və un məhsulunun qiyməti qalxıb. Ötən ay pərakəndə satışda 1 kq unun qiyməti 50 qəpik oludugu təqdridə, hazırda qiymət 60 qəpiyə qalxıb.

Araşdırmalarımız zamanı öyrəndik ki, hazırda satışda "Karmen" markalı unun 1 kisəsinin qiyməti 30 manat təşkil edir. "Karmen MMC" ilə əlaqə saxlayaraq, bunun səbəbini öyrənmək istədik, lakin qurumdan bizim suallarımıza cavab verən kimsə tapılmadı.

Qeyd edək ki, araşdırmalar zamanı çörəyin qiymətində hər hansı dəyişiklik müşahidə olunmayıb.

Bahadur Eyuboğlu
AzNews.az