Kompüter istehsalı artıb

2012 ci ilin yanvar-iyul ayları ərzində kompüter, elektron və optik məhsullarının, elektrik avadanlığı istehsalının həcminin 152,3 milyon manat təşkil etdiyi bildirilir.


Dövlət Statistika Komitəsindən AzNews.az-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron avadanlığının istehsalı 2,5 dəfə artıb. Hesabat dövründə 126 güc transformatoru, 2,5 min məişət soyuducusu istehsal edilmiş, televizorların istehsalı 38,4 faiz artıb.

Bahadur

AzNews.az