Bakıya 200 iritutumlu, 50 orta tutumlu müasir avtobus və 785 taksi avtomobili gətirilib Bakıya 200 iritutumlu, 50 orta tutumlu müasir avtobus və 785 taksi avtomobili gətirilib

Paytaxtda 2822 avtobus istismar olunur

Bakıya 200 iritutumlu, 50 orta tutumlu müasir avtobus və 785 taksi avtomobili gətirilib



Paytaxtda avtobus marşrutlarının təkmilləşdirilməsi və dayanacaqların quraşdırılması ilə bağlı işlər yekunlaşdırılıb. Nəqliyyat Nazirliyindən AzNews.az-a verilən məlumatda bildirilir ki, ilin əvvəlindən bəri Nəqliyyatı İntellektual İdarəetmə Sistemi layihəsi çərçivəsində avtobus informasiya sisteminin yaradılması üçün lazım olan əsas məlumatların hazırlanması ilə əlaqədar müvafiq işlər aparılıb.

Bundan əlavə, 3 min 434 sürücü və 2 min 725 nəqliyyat vasitəsi haqqında toplanmış ətraflı məlumatlar, avtobus marşrutlarının son variantının, avtobusların hərəkət cədvəlinin və dayanacaqların siyahısı kodlaşdırılıb. Hazırda avtobus marşrut sxemlərinin təkmilləşdirilməsi və avtobuslarda quraşdırılmış bort avadanlıqlarının tənzimlənməsi ilə bağlı müvafiq işlər davam etdirilir.

Ümumiyyətlə "Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılması" layihəsi üzrə 2012-ci il üçün nəzərdə tutulmuş 23 milyon manat məbləğində dövlət investisiya vəsaitindən hesabat dövründə 3,4 milyon manat istifadə edilib.

Cari ilin altı ayında əhaliyə göstərilən sərnişin daşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə respublikaya 200 iritutumlu, 50 orta tutumlu müasir avtobuslar və 785 taksi avtomobili gətirilərək istismara verilib. Hazırda Bakıda 1416 iri, 1096 orta və 310 kiçik tutumlu avtobus istismar edilir.

AzNews.az