- Köhnə - İqtisadiyyat
- 4 Sentyabr 2012 15:53
- 2 876
Çörəyin bahalaşmasına İqtisadi İnkişaf Nazirliyi aydınlıq gətirdi
Abbas Əliyevin sözlərinə görə, ümumilikdə, Azərbaycanda çörək istehsalı tam olaraq liberallaşdırılıb. Bu sahədə azad rəqabət mühiti tam formalaşıb: "Çörək istehsalı müəssisələri rentabellə işləyirlər. Bundan başqa, çörək istehsalı daim diqqət göstərilən sahələrdəndir. Son illər ərzində bu sahədə ən müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına 31 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına paytaxtda və Azərbaycanın regionlarında 6 müasir texnologiyaya əsaslanan çörək istehsalı müəssisəsi istifadəyə verilib. Daha 8 müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.
O bildirib ki, yeni müəssisələrin istifadəyə verilməsi, şübhəsiz ki, həm elektrik enerjisinə qənaət etməyə imkan verir, həm də çörəyin maya dəyərinin aşağı düşməsinə şərait yaradır: "Bir daha qyed edirəm ki, apardığımız monitorinqlərdə də çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb".
Sevinc Fədai
AzNews.az