"Gələn həftə Azərbaycandan 5 min ton yanacaq tədarük edəcəyik" "Gələn həftə Azərbaycandan 5 min ton yanacaq tədarük edəcəyik"

Azərbaycan Qazaxıstana 5 ton yanacaq göndərir

"Gələn həftə Azərbaycandan 5 min ton yanacaq tədarük edəcəyik"


ANS PRESS-in məlumatına görə, bu sözləri Qazaxıstan energetika nazirinin müavini Uzakbay Karabalin deyib.

O bildirib ki, Azərbaycanla artıq razılıq əldə olunub və gələn həftə yanacağın tədarükü gözlənilir: "Hazırda tərəflər arasında bəzi məsələlər razılaşdırılır. Yaxın vaxtlarda Azərbaycandan ümumilikdə 10 min ton yanacaq nəql ediləcək".

Nazir müavini həmçinin qeyd edib ki, Rusiyadan 69 min ton yanacaq alınması ilə bağlı müqavilə bağlansada bəzi problemlər yaranıb: "Rusiya ilə müqavilə bağlanıb və yanacağın pulu artıq ödənilib. Ancaq bizdə Rusiyadan neft məhsullarının təchiz edilməsi ilə bağlı problemlər yaranıb. Çünki Rusiya Federasiyasında yanacağın həcmi ilə bağlı məhdudiyyətlər mövcuddur. Biz bu məsələnin həllini gözləyirik".

Nazir müavini həmçinin Qazaxıstanda benzinin qiymətində dəyişiklik olmayacağını açıqlayıb. O bildirib ki, hazırki qiymətlər ilin sonuna kimi dəyişməyəcək.

AzNews.az