Qonşu ölkədə qiymətlər kəskin şəkildə qalxıb Qonşu ölkədə qiymətlər kəskin şəkildə qalxıb

İrandan gətirilən ərzaqlara qadağa qoyuldu

Qonşu ölkədə qiymətlər kəskin şəkildə qalxıb



İranda dolların kursunun bahalaşması ilə əlaqədar ölkədə ərzaq məhsullarının qiymətinin kəskin artması bu ölkəyə alış-veriş üçün gedənlərin sayını artırıb. Lakin İran ölkədə ərzaq məhsullarının çatışmazlığı kimi bir problemlə üzləşməmək üçün ölkədən ərzaq məhsullarının çıxarılmasına məhdudiyyətlər tətbiq edib.

Belə ki, ərzaq və gündəlik tələbat məhsullarına olan tələbatını İran bazarları hesabına ödəyən Azərbaycanın cənub rayonlarının sakinləri son zamanlar bu ölkədən mal gətirilməsində məhdudiyyətlərlə üzləşdiklərini bildirirlər. Sakinlərin sözlərinə görə, 40 kq-dan artıq ərzaq məhsulunun gətirilməsinə icazə verilmir. Düyü, toyuq kimi məhsullarının gətirilməsi isə ümumiyyətlə, qadağan olunub.

Güney Azərbaycan sakinlərinin verdiyi məlumata görə isə, İranda ərzaq kəskin bahalaşıb. Əvvəllər ölkədə keyfiyyətinə görə İran düyüsündən geri qaldığı səbəbi ilə alıcı tapmayan Pakistan düyüsünün hər kiloqramı 3 min tüməndən 5 tümənə qədər bahalaşıb. Ölkədə istifadəsi çox olan toyuq ətinin qiyməti isə son bir neçə ayda 3 min tüməndən 8 min tümənə qədər yüksəlib.

Qeyd edək ki, hazırda İranda minimum əmək haqqı 300 min tüməndir, bu isə dolların indiki kursu ilə 100 dollara yaxındır.

Elnarə Əlosmanqızı
AzNews.az