Neftin qiyməti yenə qalxdı

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən verilən məlumata görə, oktyabrın 8-də keçirilən hərraclarda "Azeri Light" markalı neftin 1 bareli 0,28 dollar bahalaşaraq 113,88 dollara satılıb.
Xatırladaq ki, Azərbaycanın 2012-ci il dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/bareldir.

Sevinc Fədai
AzNews.az