- Köhnə - İqtisadiyyat
- 14 May 2015 12:30
- 3 743
ABŞ məyus olub – Dollar Amerikada da ucuzlaşır
Dollar ABŞ-da pərakəndə satış üzrə statistikada dünya valyutalarına nisbətdə ucuzlaşır.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, dollar aprel ayı ərzində ABŞ-da pərakəndə satış üzrə zəif statistik məlumatlar fonunda dünya valyutalarına nisbətdə aşağı düşür. Belə ki, avronun kursu dollara nisbətdə 0,17% yüksələrək 1,1373 dollar təşkil edib.Xəbər verildiyi kimi, ABŞ Ticarət Nazirliyi ölkədə pərakəndə satış üzrə hesabatı dərc edib.
Aylıq göstərici üzrə bu rəqəm dəyişməyib. Buna baxmayaraq, ekspertlər pərakəndə satış üzrə 0,2% artım gözləyirdilər.