Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilib. Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilib.

Mərkəzi Bank qarşısında yeni – Öhdəliklər

Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilib.


AzNews.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında" qanuna əlavə və dəyişikliklər olunub. Bununla da Mərkəzi Bank qarşısında yeni öhdəliklər müəyyənləşdirilib. Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq.

Qanuna 13.2-ci maddə əlavə edilir ki, bu da xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.

14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.

Layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq qəbul olunub.