- Köhnə - İqtisadiyyat
- 13 İyun 2015 11:23
- 6 032
Açılış mərasiminə xərclənən vəsait açıqlandı (Yenilənib)
I Avropa Oyunlarının ancaq acılış mərasiminə sərf edilən xərc 100 milyon manatı ötüb.
AzNews.az xəbər verir ki, Bunu Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.
***
11:20
I Avropa Oyunlarında iştirak üçün Bakıya gələn Ukrayna və Rusiya komandasının üzvləri arasında hər hansı toqquşmanın olması barədə yayılan məlumatlar şayiədir.
AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu məsələ barəsində eşidən kimi araşdırmanın aparılmasına başlanılıb: "Biz sonadək araşdırma apardıq. Әvvəl deyildi ki, bu toqquşma kənddə olub. Biz araşdırdıq, aydın oldu ki, orda olmayıb. Sonra dedilər ki, yeməkxananın yanında olub. Bu da düzgün olmadı. Daha sonra deyildi ki, şəhərdə hardasa olub. Amma bu da mümkün deyil. Tam məsuliyyətlə deyirəm ki, bu, şayiədir, belə hal olmayıb. Biz istəməzdik ki, belə hal olsun. Rusiya və Ukrayna komandaları da belə halın olmadığını etiraf etdilər".