“Yarmarka geniş ərazidə təşkil ediləcək”

"Azərbaycanın bəzi rayonlarında arıçılıqla məşğul olan şəxslər yarmarkada iştirak edə bilmədiklərinə görə şikayət edirlər". AzNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təssərüfatı nazirinin müavini Aslan Aslanov deyib.

O bildirib ki, gələn il bal yarmarkasının daha geniş ərazidə keçirilməsi planlaşdırılır: "Hazırda bal satışı mərkəzinin yaradılması nəzərdə tutulmasa da ərazi genişləndiriləcək. Bunun üçün də müzakirələr aparılır".

A.Aslanov vurğulayıb ki, gələn il bal yarmarkası geniş ərazidə keçirilməklə problem qismən aradan qaldırılacaq.

Elnarə Əlosmanqızı
AzNews.az