- Köhnə - İqtisadiyyat
- 4 İyul 2015 08:59
- 1 874
Yunanıstan banklarında - 1 milyard avro qalıb

Yunanıstan banklarında vəsaitlərin həcmi cəmi bir milyard avro təşkil edir.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yunan Banklar Assosiasiyasının sədri Lua Katseliyə məlumat yayıb.
O deyib: "Bizim hazırkı likvidlik yastığımız 1 milyard avrodur" .
Az öncə Avropa Mərkəz Bankı (AMB) Afinaya 6 milyard avroluq maliyyə köməyi proqramını davam etdirməkdən imtina etmişdi. Bununla belə, AMB iyulun 5-dək ölkənin avrozonada qalıb-qalmaması ilə bağlı referendumadək bank likvidliyinə dəstək proqramını uzatmağa razılıq verib.
Avropa Maliyyə Stabilliyi Fondu bəyan edib ki, Yunanıstan kreditlərlə bağlı ödəmə qabiliyyətinə malik deyil. Bununla belə, Fondda qərar gəliblər ki, Yunanıstandan kreditlərin təcili qaytarılması tələb olunmasın, çünki bu, ölkənin avrozonadan çıxmasına gətirib çıxaraq.