Xəbər verildiyi kimi, dünən Bərdə şəhərində 1992-ci il təvəllüdlü rayon sakini Dadaşov Elşad Vaqif oğlu banka borcu olduğu üçün intihar edib. Xəbər verildiyi kimi, dünən Bərdə şəhərində 1992-ci il təvəllüdlü rayon sakini Dadaşov Elşad Vaqif oğlu banka borcu olduğu üçün intihar edib.

“Banklar vətəndaşları pis vəziyyətə salır” - Deputatdan Bərdə intiharına reaksiya

Xəbər verildiyi kimi, dünən Bərdə şəhərində 1992-ci il təvəllüdlü rayon sakini Dadaşov Elşad Vaqif oğlu banka borcu olduğu üçün intihar edib.


Millət vəkili Fəzail Ağamalı bu intihar olayına münasibət bildirib.

O, AzNews.az-a Bərdə şəhərindəki intihar hadisəsinə görə təəssüfləndiyini və insan həyatının hər şeydən uca olduğunu deyib.

Millət vəkili bankların vətəndaşları çox çətin vəziyyətə salması barədə məsələni Milli Məclisin yaz sessiyasının əvvəlində qaldırdığını vurğilayıb: "Mənimlə bərabər deputatlardan - Vahid Əhmədov, Əli Məsimli də bu barədə özlərinin peşəkar mövqelərini ortaya qoymuşdular. Dedik ki, bankların vətəndaşlara çox böyük faizlə kredit verməsinin qarşısını almaq lazımdır. İstehlak deyilən kredit növü var. Heç bir girov qoymadan, şəxsiyyət vəsiqəsi ilə daxil olub, banklardan 30 faizli 5 min manat götürürlər. Sonra da 5 minin əvəzinə 10 min ödəyib, nəticədə çətin vəziyyətə düşürlər. Bir çoxları bankdan xilas olmaq üçün evlərini satır və nəticədə ailələr dağılır, insanların səhhətində problemlər yaranır. Hətta, intihara əl atanlar da olur".

Millət vəkili qeyd edib ki, kommersiya banklarının, əlbəttə pul qazanmaq ixtiyarı var: "Bu, başa düşüləndir. Lakin dünyanın heç bir yerində Azərbaycandakı kimi kommersiya bankı qədər yüksək faiz yoxdur. Biri toy edib, bankdan yüksək faizlə kredit götürür, sonra da həyatı boyu onun əzabını çəkmək məcburiyyətində qalır və krediti qaytara bilmir".

F.Ağamalının fikrincə, Mərkəzi Bank məsələyə ciddi yanaşmalıdır: "Deyirlər ki, Mərkəzi Bank tövsiyyə xarakterli qərarlar verə bilər, lakin tövsiyyə ilə məsələ bitmir, ölən də geri qayıtmır. Gərək Mərkəzi Banka əlavə səlahiyyətlər verilsin. Və yaxud da cinayət məcəlləsinə banklarla bağlı əlavələr edilsin ki, bu kimi xoşagəlməz hadisələrin qarşısı alınsın. Yoxsa, bu cür hallar bundan sonra da davam edəcək".

Bahar RÜSTƏMLİ
AzNews.az