- Köhnə - İqtisadiyyat
- 18 Oktyabr 2012 12:48
- 4 150
Gülləkeçirməyən şüşə istehsalına başlandı

Sınaq nəticəsində məlum olub ki, şüşə "Makarov" tipli tapança, "Kalaşnikov" tipli avtomat və snayper tüfəngindən açılan atəş nəticəsində güllənin qarşısını alıb. Şirkətin Marketinq və satış Departamentinin baş meneceri Elnur Rzayev isə bildirib ki, yeni şüşələrin potensial sifarişçiləri banklar, hüquq-mühafizə orqanları, valyuta mübadilə məntəqələri, səfirliklər, xarici şirkətlərin nümayəndəlikləri ola bilər.
Eyni zamanda, yeni şüşələri istənilən fiziki şəxs də sifariş edə bilər. Qeyd olunur ki, şirkət ildə 20 min kv. metr güllə keçirməyən şüşə buraxmaq imkanlarına malikdir.
AzNews.az