- Köhnə - İqtisadiyyat
- 20 Avqust 2015 09:00
- 2 693
Neft yenidən ucuzlaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar azalaraq 40,45 dollar təşkil edib.
AzNews.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,32 dollar ucuzlaşaraq 46,84 dollar olub.