- Köhnə - İqtisadiyyat
- 25 Avqust 2015 11:31
- 4 380
“Manata inam azalır” - Ekspert rəyi
“Devalvasiya gözləntiləri bazar iştirakçılarında qeyri-müəyyənlik yaradır”.
AzNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Məhəmməd Talıblı bildirib.
O, hesab edir ki, son günlər Azərbaycanda dollara olan tələb artır: "Manatı həm yığım, həm də əməliyyatda valyuta növü olaraq istifadə edənlərin sayı azalır. Bütün bunlar milli valyutanın ABŞ dolları qarşısında dönərli valyuta kimi dəyər və tələbini azaldır. Neftin hər barelinin qiymətinin 42 dollara düşməsi də bir tərəfdən ölkəyə dollarla valyuta daxilolma kanalını daraldır. Neft qiymətinin bu səviyyədə qalması və ya aşağıya doğru enməsi Mərkəzi Bankın milli valyutanın devalvasiyaya getmək risklərini artırır. Monetar sferada olan vəziyyətlə bərabər iqtisadiyyatın digər sahələrində də fərqli situasiyalar formalaşır".
Ekspert qeyd edir ki, iqtisadiyyatın özündə bir neçə xoşagəlməz tendensiyalar güclənir: "Gündəlik istehlak mallarının qiymətləri artır, neftin qiymətinin aşağı düşməsi fonunda valyutanın azalması dövlətin xərclərini çətinləşdirir, manata inam azalır, devalvasiya gözləntiləri bazar iştirakçılarında qeyri-müəyyənlik yaradır".
Bahar RÜSTƏMLİ
AzNews.az