“Mərkəzi Bank əhalini sakitləşdirir ki, devalvasiya olmayacaq. Bu məqsədlə son günlər hətta dolları cüzi ucuzlaşdırır da. Lakin manatın ucuzlaşmayacağına yalnız bir halda inanmaq olar”. “Mərkəzi Bank əhalini sakitləşdirir ki, devalvasiya olmayacaq. Bu məqsədlə son günlər hətta dolları cüzi ucuzlaşdırır da. Lakin manatın ucuzlaşmayacağına yalnız bir halda inanmaq olar”.

Dollar krediti əsarətindən necə qurtulaq? – Mərkəzi Banka təklif

“Mərkəzi Bank əhalini sakitləşdirir ki, devalvasiya olmayacaq. Bu məqsədlə son günlər hətta dolları cüzi ucuzlaşdırır da. Lakin manatın ucuzlaşmayacağına yalnız bir halda inanmaq olar”.

Bu sözləri AzNews.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. O, Mərkəzi Banka xaricdən aldıqları dollar kreditlərini bağlamaq üçün banklara manat krediti verməyi təklif edib: "Amma bu şərtlə ki, banklar əhalinin dollar kreditlərini dərhal manata çevirəcəklər. Banklar da öz növbəsində həmin kredit hesabına Mərkəzi Bankdan dollar alıb xarici borclarını bağlasınlar.

Mərkəzi Bank bunu etsə, hamı inanar. Nəticədə Mərkəzi Bank valyuta ehtiyatlarının bir qismini də itirəcək, amma milli valyutaya etimad bərpa olunacaq, əhali dollar kreditləri əsarətindən qurtulacaq, banklar rahat nəfəs alacaq".


Ə.Həsənov bununla bank sisteminin fəaliyyətinin sabitləşəcəyini bildirib.

Nigar
AzNews.az