- Köhnə - İqtisadiyyat
- 8 Sentyabr 2015 17:11
- 2 509
Polşa şirkəti Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər

Polşanın "Tines" şirkəti Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsinin həyata keçirilməsində iştirak edə bilər.
AzNews.az xəbər verir ki, bunu Trend-ə "Tines" şirkətinin baş direktoru Tomaş Şuba deyib.
Onun sözlərinə görə, şirkət layihəyə Gürcüstan ərazisində qoşula bilər: "Biz uzun müddət layihəyə daxil olmağa çalışdıq, lakin buna Azərbaycan ərazisində nail ola bilmədik. İndi ona Gürcüstan ərazisində qoşulmaq imkanı mövcuddur".