Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları artıq həm də Azercell danışıq dəqiqələrinə dəyişə bilər. Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları artıq həm də Azercell danışıq dəqiqələrinə dəyişə bilər.

Hesab.az-dan daha bir yenilik - Bonuslar danışıq dəqiqələrinə dəyişilir

Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları artıq həm də Azercell danışıq dəqiqələrinə dəyişə bilər.



AzNews.az xəbər verir ki, bunun üçün Hesab.az portalındakı şəxsi kabinetlərinə daxil olub, "Dərhal dəyiş" bölməsinə giriş edərək bonuslarını Azercell danışıq dəqiqələrinə dəyişə bilərlər.

Azercell abunçiləri üçün 5000 bonus 1 danışıq dəqiqəsinə dəyişilir və dəqiqələr 1 ay ərzində şəbəkədaxili zənglər zamanı istifadə edilməlidir.

Qeyd edək ki, fakturalı xətt abunəçiləri bu dəqiqələrdən növbəti faktura dövründən etibarən istifadə edəcəklər.

Bildirək ki, Bakcell abunəçiləri də Hesab.az portalında bonuslarını danışıq dəqiqələrinə dəyişə bilərlər. Bu operatorun istifadəçiləri üçün isə 2000 bonus 1 danışıq dəqiqəsinə dəyişilir və dəqiqələr 3 gün ərzində istifadə edilməlidir.