Nazir müavini neft azalmasından danışdı

Azərbaycanda neft hasilatının azalması prosesi müşahidə olunsa da, bu, ölkənin iqtisadi inkişafına təsir etməyəcək. Bunu İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.

Nazir müavininin sözlərinə görə, neft hasilatının azalmasına rəğmən iqtisadi inkişafın sürətlə getməsinə səbəb neftdən əldə edilən gəlirlərin düşgün istiqamətdə xərclənməsidir: "Qeyri-neft sektorunun pozitiv inkişafı ölkəmizin iqtisadi inkişafına imkan verir.

Azərbaycanda insan kapitalının inkişafı diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təkcə 2015-ci ilə qədər 5 minə yaxın gənc xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsilini başa vuracaq".

Elnarə Əlosmanqızı
AzNews.az