Bəzi işbazlar fərdi satış məntəqələrində heyvanların qiymətini süni şəkildə artırıb Bəzi işbazlar fərdi satış məntəqələrində heyvanların qiymətini süni şəkildə artırıb

Qurban bayramında yenə süni qiymət artımı

Bəzi işbazlar fərdi satış məntəqələrində heyvanların qiymətini süni şəkildə artırıb



Bu müqəddəs gündə Məkkədə olan zəvvarlarla yanaşı, digər müsəlmanlar da Allaha olan məhəbbətlərini və sədaqətlərini nümayiş etdirmək üçün qurbanlar kəsiblər.

Elə bayramla əlaqədar əhalinin qurbanlıq qoyunlara olan tələbatının ödənilməsi məqsədilə paytaxtda və Bakıətrafı qəsəbələrdə İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi, qoyunların daha ucuz satıldığı 57 məntəqənin əksəriyyətində qoyunlar satılıb qurtarıb. Anspress-in məlumatına görə, bundan istifadə edən sahibkarlar fərdi satış məntəqələrində heyvanların qiymətini süni şəkildə artırıb.

Alıcıların sözlərinə görə, rəsmi satış məntəqlərində 1 qurbanlıq qoyun 100 manata, özəl məntəqələrdə isə 190-200 manata başa gəlir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, bayramla əlaqədar yarmarkalara 2 gün ərzində 10 000-ə yaxın qoyun çıxarılıb. Bu qoyunlar 10-17 kiloluq nəzərdə tutulub və qiyməti sahibkarlar tərəfindən 100 manat müəyyən olunub. Qoyunların 70%-ə qədəri artıq satılıb.

AzNews.az