Azərbaycan Beynəlxalq Bankında (ABB) ciddi ixtisarlar aparılacaq. Azərbaycan Beynəlxalq Bankında (ABB) ciddi ixtisarlar aparılacaq.

“Beynəlxalq Bankda 25-30% ixtisarlar aparılacaq“ - Samir Şərifov

Azərbaycan Beynəlxalq Bankında (ABB) ciddi ixtisarlar aparılacaq.


Bunu maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qeyd edib ki, bu addım bankda qənaət rejiminin tətbiqi ilə bağlıdır: "Bankın kollektivinin 25-30%-i ixtisar olunacaq. Bu, qənaət rejiminin tətbiqi ilə bağlıdır".

S. Şərifov bildirib ki, bankda korporativ idarəetmə da xeyli təkmilləşdiriləcək.

Bundan başqa, nazir əlavə edib ki, ABB-nin sağlamlaşdırılması prosesi öz axarı ilə davam edir: "Bildiyiniz kimi, problemli aktivlər "Aqrarkredit" tərəfindən alınır. Bir sözlə, bankın sağlamlaşdırılması istiqamətində bütün zəruri tədbirlər görülür".