7-11-ci sinif şagirdləri isə forma geyinmir 7-11-ci sinif şagirdləri isə forma geyinmir

BTE 30 min məktəbli formasını sata bilmədi

7-11-ci sinif şagirdləri isə forma geyinmir



Bakı Tikiş Evinin istehsalı olan, 7-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan 30 minə yaxın məktəbli forması satılmayıb. Bunu AzNews.az-a açıqlamasında BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

Şöbə müdirinin sözlərinə görə, aşağı sinif şagirdləri üçün istehsal edilən məktəbli formasının satışında problemlər olmayıb: "Ancaq 7-11-ci sinif şagirdləri forma geyinmir.

Məktəblərdə də görmək olar ki, yuxarı sinif şagirdləri hələlik pencəyə ehtiyac olmadığından ancaq göy rəngli şalvarla, bəzən isə cins şalvarla məktəbə gəlirlər. Yalnız bir neçə məktəb var ki, tələbkarlıqla əlaqədar şagirdlər formaya ciddi riayət edir".

Elnarə Əlosmanqızı
AzNews.az