144 ölkə arasında Azərbaycan 94-cü olub 144 ölkə arasında Azərbaycan 94-cü olub

Dünya dövlətlərinin rifah səviyyəsi – SİYAHI

144 ölkə arasında Azərbaycan 94-cü olub



Britaniyanın "Legatum" Analitik Mərkəzi dünya dövlətlərinin rifah səviyyəsini müəyyənləşdirib.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, siyahıda 144 ölkə yer alıb. 8 kriteriya - iqtisadiyyat, işgüzar mühit, effektiv idarəetmə, təhsil və səhiyyənin səviyyəsi, təhlükəsizlik və qanunun aliliyi, insanın şəxsi azadlığı və sosial kapital ölkələrin yerinin müəyyənləşdirilməsində əsas götürülüb. Siyahıda Azərbaycan 94-cü yerdə qərarlaşıb.

Bizdən bir pillə aşağıda Gürcüstan, 98-ci yerdə Ermənistan, 89-cu yerdə isə Türkiyə qərarlaşıb. Cənub qonşumuz İran isə 102-ci yerə layiq bilinib. Reytinqin liderləri isə, ardıcıllıqla Norveç, Danimarka, İsveçdir. Böyük dövlətlər isə heç ilk onluğa belə düşə bilməyiblər. Belə ki, ABŞ 12-ci yeri, Çin 55, Rusiya isə 66-cı yerdə qərarlaşdı.

Sadiq Musa
AzNews.az