- Köhnə - İqtisadiyyat
- 8 Yanvar 2016 17:26
- 7 907
Mərkəzi Bankdan banklarla bağlı qərar - Faizlər 4-ə qaldırıldı
Azərbaycan Mərkəzi Bankı (AMB) valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərib.
Məlumata görə, məktubda bildirilir ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% səviyyəsində idi.
Başqa sözlə, banklar xarici valyutanın alqı-satqısı zamanı AMB-nin müəyyən etdiyi rəsmi məzənnədən 4% kənarlaşa bilər.
APA.az