“Bu gün dolların manata məzənnəsi 1 manat 85 qəpiyədək yüksəlib. Problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyuta dəyişmə məntəqələrində xarici valyutanın yumşaq desək, “yoxa çıxmasındadır”. “Bu gün dolların manata məzənnəsi 1 manat 85 qəpiyədək yüksəlib. Problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyuta dəyişmə məntəqələrində xarici valyutanın yumşaq desək, “yoxa çıxmasındadır”.

“Mərkəzi Bank ölkədə dollar ajiotajı yaradıb” – Vüqar Bayramov

“Bu gün dolların manata məzənnəsi 1 manat 85 qəpiyədək yüksəlib. Problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyuta dəyişmə məntəqələrində xarici valyutanın yumşaq desək, “yoxa çıxmasındadır”.


Bu sözləri AzNews.az-a iqtisadçı alim Vüqar Bayramov deyib.

O bildirib ki, bugünkü məzənnə ikinci devalvasiyadan keçən qısa müddətdə manatın dollara nisbətən 20 faizə yaxın dəyər itirməsi deməkdir: "Banklar və valyutadəyişmə məntəqələri artan tələbi qarşılamaq imkanına malik deyil. Əslində, Mərkəzi Bank kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verəndə mən bununla manatın ucuzlaşmasına start verildiyini bildirmişdim. Reallıq bundan ibarətdir ki, Mərkəzi Bankın dekabrın 21-də manatın kursunu kəskin, 50 faiz aşağı salmaqla əslində, dollar ajiotajı yaratdı. Kursu bir gündə yarıbayarı aşağı salmaq bütün hallarda milli valyutaya inamın itməsinə səbəb olmaqla dollara tələbin kəskin artırmalı idi və bu da baş verdi".

Vüqar Bayramov vurğulayıb ki, Mərkəzi Bank ikinci devalvasiya ilə dollara tələbi artırmaqla dollarlaşma prosesini sürətləndirmək və xarici valyuta ehtiyatlarına qənaət etməyə çalışıb: "Bununla, Mərkəzi Bank az dollar ilə çox manat alır. Yəni, əvvəllər baş bank bazara 1 milyon dollar çıxaranda dövriyyədən 1 milyon 50 min manat çıxarırdısa, indi hər milyon dollarda 700 min daha çox manatı bazardan götürür. Bu isə o deməkdir, Mərkəzi Bank üçün manata inamın bərpa edilməsi prioritet deyil. İndiki məqamda əsas hədəf dollarlaşmanı mümkün qədər daha qısa zamanda başa çatdırmaq və əks-dollarzasiya prosesinə nail olmaqla valyuta ehtiyatlarını qorumaqdır".

İqtisadçı qeyd edib ki, həftəsonunda bir sıra valyuta dəyişmə məntəqələrinin fəaliyyət göstərməyəciyini və dollar qıtlığının yaranacağını öncədən proqnozlaşdırmaq olar: "Növbəti 2 gündə dollara olan tələbin ödənilməsi üçün Mərkəzi Bank auksionda daha böyük məbləğdə dollara satmalıdır. Əks halda Mərkəzi Bankın istirahət etdiyi növbəti 2 gündə kommersiya bankları və valyuta dəyişmə məntəqələri dollar satmaq deyil, xarici valyuta satan olacaqsa almaq haqqında düşünəcəklər".

Sevinc YASİNQIZI
AzNews.az