Azərbaycan hökuməti 2016-cı ildə daxili bazarda yerləşdirilməsi üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır. Azərbaycan hökuməti 2016-cı ildə daxili bazarda yerləşdirilməsi üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır.

“Devalvasiya istehlak bazarında qiymətlərə təsir edib“ - Maliyyə naziri (Yeniləndi)

Azərbaycan hökuməti 2016-cı ildə daxili bazarda yerləşdirilməsi üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır.


AzNews.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, manat istiqrazları üzrə gəlirlik bu il üçün inflyasiyanın səviyyəsini ötəcək və təxminən 11-12% təşkil edəcək, dollar istiqrazları üzrə faiz dərəcəsi isə 3% təşkil edəcək.

S. Şərifov həmçinin bildirib ki, manatla borc öhdəliklərinin buraxılmasında əsas məqsəd milli valyutaya etimadın artırılması və əhalinin əmanətlərinin bazara cəlb edilməsidir: "Bununla yanaşı, dollar istiqrazları üzrə gəlirlilik bank əmanətləri üzrə faiz dərəcələrindən aşağı olacaq ki, bank sektorundan valyuta axınına yol verilməsin deyə".

***
23:08

2016-cı ildə Azərbaycanda inflyasiya 10 -12% səviyyəsində proqnozlaşdırılır.

AzNews.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.

Maliyyə nazirin sözlərinə görə, bu, ölkənin İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulub: "Manatın devalvasiyası istehlak bazarında qiymətlərə təsir edib. Ona görə də bu il inflyasiya 10-12% səviyyəində gözlənilir".

2015-ci ildə ölkədə inflyasiya 4%, 2014-cü ildə 1,4%, 2013-cü ildə 2,4%, 2012-ci ildə 1,1%, 2011-ci ildə 7,9%, 2010-cu ildə isə 5,7% olub. Ötən il ərzaq malları 6,1%, qeyri-ərzaq malları isə 3,8% bahalaşıb. Pullu xidmətlər üzrə tariflər isə 1,2% bahalaşıb.