Gürcüstanın sabiq prezidenti xaricdən canlı bağlantı yaradaraq mitinq iştirakçılarına dəstək olduğunu açıqlayıb. Gürcüstanın sabiq prezidenti xaricdən canlı bağlantı yaradaraq mitinq iştirakçılarına dəstək olduğunu açıqlayıb.

Siz məni çağırsanız, Gürcüstana qayıdacağam - Saakaşvili gürcü müxalifətinə səsləndi

Gürcüstanın sabiq prezidenti xaricdən canlı bağlantı yaradaraq mitinq iştirakçılarına dəstək olduğunu açıqlayıb.

Xəbər verildiyi kimi, Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında müxalif “Güc birlikdədir” koalisiyasının kütləvi etiraz aksiyasına start verilib. Onların əsas tələbi növbədənkənar parlament seçkilərinin keçirilməsidir. 10 minlərlə insanın iştirak etdiyi aksiyada çıxış edənlər prezident seçkilərinin nəticələrini tanımadıqlarını bildiriblər.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili xaricdən canlı bağlantı yaradaraq mitinq iştirakçılarına dəstək olduğunu açıqlayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Saakaşvili prezident seçkilərinin nəticələrini tanımadığını və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyindən danışıb.

"Siz məni çağırsanız və nə vaxt lazım olsam, Gürcüstana qayıdacağam və sizinlə birgə öz məqsədlərimizə çatmaq üçün mübarizə aparacağam". Saakaşvili belə deyib.

Xatırladaq ki, Saakaşvili 2013-cü ilin noyabrında prezident səlahiyyətlərinin bitməsinə bir neçə gün qalmış ölkəni tərk edib. 2014-cü ildə ona qarşı bir sıra ittihamlar səsləndirilib. Bu vaxt isə siyasətçi ABŞ və Ukraynada yaşayıb. 2015-ci ildə onun Gürcüstan vətəndaşlığı əlindən alınıb. Hazırda siyasətçi şəxsi vəsiqə ilə Niderlandda yaşayır və Avropa Birliyi ölkələrində yaşamaq və işləmək hüququna malikdir.

Babək Göyüş

© AzNews.az