"Bizim digər dövlətlərin ərazisinə iddiamız yoxdur, amma..." "Bizim digər dövlətlərin ərazisinə iddiamız yoxdur, amma..."

İran hərbi hücum strategiyasına keçir

"Bizim digər dövlətlərin ərazisinə iddiamız yoxdur, amma..."

Milli maraqlarına təhdid yaranarsa, İran hərbi hücum strategiyasının reallaşdırılmasına start verə bilər.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri bu cür bəyanatla çıxış edib.

“Bizim digər dövlətlərin ərazisinə iddiamız yoxdur, amma öz maraqlarımızın müdafiəsi naminə biz hücum strategiyasından istifadəni məqbul görürük. Bu cür yanaşma düşməni İrana qarşı mümkün təcavüz fikrindən daşındırmaq üçün istifadə edilə bilər. Millətin və dövlətin mənafeyinə təhdid yaranarsa, İran əli-qolu bağlı şəkildə otura bilməz. Elə bu səbəbdən də hərbi təlimlər proqramımıza dəyişikliklər edərək, bu il Hörmüz boğazında, Fars və Oman körfəzlərində, o cümlədən də, quruda və havada təlimlər keçirdik. Zərurət yaranarsa, silahlı qüvvələrimiz strategiyanı dəyişməyə hazır olmalıdır”, - deyə Baqeri vurğulayıb.(virtualaz.org)

© AzNews.az