Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlərin keçirilməsi planlaşdırılır. Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlərin keçirilməsi planlaşdırılır.

Gürcüstan genişmiqyaslı hərbi təlimlərə hazırlaşır

Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlərin keçirilməsi planlaşdırılır.

Həmçinin Gürcüstan tarixində ilk dəfə olaraq təlimlər ölkənin müdafiə qüvvələrinin rəhbərliyi ilə keçiriləcək.

Bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoria bildirib.

Nazir deyib ki, NATO-ya üzv və Alyansın 22 tərəfdaş ölkəsi bu ilin mart ayında keçiriləcək hərbi təlimdə iştirakla bağlı istəyini bildirib.

Nazir deyib ki, bu il əsasən, “NATO-Gürcüstan manevrləri komanda-qərargah təlimləri” olacaq. Bu baxımdan, təlimlərdə əlavə hərbi texnikanın olacağı gözlənilmir. Hərbi təlimlər qatılacaq iştirakçı ölkələrin sayı baxımından genişmiqyaslı olacaq. “NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi isə təlimlərin təşkilinə məsul olacaq”, – deyə İzoriya vurğulayıb.

O qeyd edib ki, digər genişmiqyaslı hərbi təlim Gürcüstanın qərbində təşkil olunacaq: “2019-cu ildə regional nöqteyi-nəzərdən ölkənin qərbində “Agile spirit” təlimləri keçiriləcək. Təlimlərdə ötən ildəkindən daha çox ölkələrin iştirakı gözlənilir. Artıq bir sıra ölkələr təlimə qatılacaqlarını bildiriblər. Gürcüstanın qərbində tarixdə ilk dəfə olaraq bu cür genişmiqyaslı çoxmillətli hərbi təlim baş tutacaq”.(AZƏRTAC)

© AzNews.az