“Bu işin yayda həyata keçirilməsi daha yaxşı idi, lakin...” “Bu işin yayda həyata keçirilməsi daha yaxşı idi, lakin...”

İranda AES fəaliyyətini dayandırdı

“Bu işin yayda həyata keçirilməsi daha yaxşı idi, lakin...”

İranın Buşehr Atom Elektrik Stansiyası (AES) təmir və yanacağın dəyişdirilməsi məqsədilə müvəqqəti olaraq söndürülüb.

İranın Atom Enerjisi Təşkilatı proqrama əsasən Buşehr AES-in bazar ertəsindən etibarən 2 aylıq müddətə ümumi elektrik şəbəkəsindən çıxarıldığını açıqlayıb.

Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi prosesin İranın Atom Enerjisi Təşkilatı ilə Energetika Nazirliyi arasında əlaqəli şəkildə həyata keçirildiyini söyləyib: “Əlbəttə, bu işin yayda həyata keçirilməsi daha yaxşı idi. Lakin yayda pik vaxtlarda elektrik kəsintisinin qarşısını almaq məqsədilə illik təmirlər az istehlaklı vaxta, yəni mart-aprel aylarına salınıb.

Qeyd edək ki, İran parlamenti ötən həftə Buşehr AES-maliyyə xərclərinin təmin olunması ilə bağlı qərar verib.(teleqraf.com)

AzNews.az