Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili hakim Gürcü Arzusu Partiyasına qayıdıb. Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili hakim Gürcü Arzusu Partiyasına qayıdıb.

Gürcüstanın keçmiş baş naziri siyasətə qayıdıb

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili hakim Gürcü Arzusu Partiyasına qayıdıb.

Bu barədə hakim partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasından sonra məlum olub.

O, partiyanın siyasi katibi vəzifəsinə təyin olunub.

Bu gün hakim Gürcü Arzusu Partiyasının siyasi şurasının iclası keçirilib. Partiya sədri Bidzina İvanişvilinin sədrlik etdiyi toplantıda sabiq baş nazir İ.Qaribaşvili də iştirak edib.

Gürcüstanın müxalifət liderləri hesab edirlər ki, İ.Qaribaşvilinin Gürcü Arzusu Partiyasına gətirilməsi hakim partiyada dərin siyasi böhranın olduğunu sübut edəcək.

Qeyd edək ki, İ.Qaribaşvili 2013-2015-ci illərdə Gürcüstanın Baş naziri olub. O, vəzifəsindən öz istəyi ilə istefa verib.(report.az)

AzNews.az