AŞPA prezidenti Gürcüstana gəlir

AŞPA prezidenti Gürcüstana səfər edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye aprelin 29-30-da Gürcüstana səfər edəcək.

Bu barədə AŞPA prezidenti Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə Strasburqda keçirdiyi görüşdən sonra bildirib.

Tbilisiyə səfəri çərçivəsində L.M.Paskye Gürcüstanın Avropa Şurasına (AŞ) üzvlüyünün 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Görüşdə tərəflər Gürcüstan və AŞ arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edərək son illər Gürcüstanın demokratiya və islahatlar sahəsində əldə etdiyi nailiyyətləri vurğulayıblar.(report.az)

AzNews.az