- Ermənistan və Gürcüstan
- 19 Aprel 2019 18:37
- 3 982
İranın kəşfiyyat naziri: “ABŞ-ın 290 casusunu ifşa etmişik”

"İranın vacib sahələrinə yeridilən MKİ-nin onlarla əməkdaşını həbs ediblər"
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) qarşı aparılan mürəkkəb əməliyyatlar nəticəsində müxtəlif ölkələrdə, o cümlədən İranda fəaliyyət göstərən şəbəkədə 290-dan çox casus ifşa etmişik”.
Bunu İranın informasiya və kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi bildirib.
Onun sözlərinə göə, İranın vacib sahələrinə yeridilən MKİ-nin onlarla əməkdaşını həbs ediblər.
Nazir deyib ki, MKİ ilə yanaşı, İran kəşfiyyatı Britaniyanın “Mi-6” agentlərinin ifşası ilə məşğul olub. (report)
AzNews.az