Azad Rəhimov Rza Salehi Əmiri ilə də görüşəcək Azad Rəhimov Rza Salehi Əmiri ilə də görüşəcək

Azad Rəhimovun İrana səfəri başladı

Azad Rəhimov Rza Salehi Əmiri ilə də görüşəcək

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri başlayıb.

A.Rəhimovu İranın gənclər və idman nazirinin müavini Əbdülhəmid Əhmədi və Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov qarşılayıb.

İki günlük səfərdə A.Rəhimov iranlı həmkarı Məsud Sultanifərlə görüşəcək. Günün ikinci yarısında A.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Azadi stadionuna baxış keçirəcək.

A.Rəhimov Tehrana səfər çərçivəsində Milli Olimpiyada Komitəsinin rəhbəri Rza Salehi Əmiri ilə də görüşəcək.

Qeyd edək ki, sabah axşam Azərbaycan və İranın gənclər və idman nazirlərinin iştirakı ilə Azərbaycanın Tehrandakı səfirliyində şam ziyafəti təşkil olunacaq.(report.az)

AzNews.az