İranda 4 nəfər saxta spirtli içkidən zəhərlənərək öldü

Polis saxta spirtli içki hazırlayan və paylayan şəxslərin axtarışını davam etdirir

“İranın İsfahan şəhərində 4 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb, daha 25 nəfər xəstəxanaya yerləşdirilib”.

Bunu İsfahan Tibb Elmləri üzrə Universitetinin sədri Tahir Çingiz deyib.

Onun sözlərinə görə, ölən və zəhərlənənlər arasında qadınlar və 18 yaşlı gənclər də var.

T. Çingiz bu növ saxta spirtli içkilərin ilk növbədə böyrəklərə ziyan vurduğunu bildirib: “Hazırda 3 nəfər böyrəyində yaranan problemə görə, dializ olunacaq. Bir neçə nəfərin səhhəti ağırdır, 2 nəfər reanimasiya şöbəsində yatır”.

Onun sözlərinə görə, hazırda polis saxta spirtli içki hazırlayan və paylayan şəxslərin axtarışını davam etdirir.(ona.az)

AzNews.az