"ABŞ sülh və təhlükəsizlik üçün qurulmuş beynəlxalq sistemi yox etməyə çalışır" "ABŞ sülh və təhlükəsizlik üçün qurulmuş beynəlxalq sistemi yox etməyə çalışır"

ABŞ bütün diplomatik qapıları bağladı - rəsmi Tehran

"ABŞ sülh və təhlükəsizlik üçün qurulmuş beynəlxalq sistemi yox etməyə çalışır"

ABŞ danışıqlar üçün bütün yolları bağlayır.

AzNews.az xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin sözçüsü Abbas Musəvi deyib.

O, Twitter səhifəsində etdiyi açıqlamada ABŞ-ın İranın dini lideri Ayətullah Əli Xamneyi və Xarici İşlər naziri Cavad Zərifi əhatə edən sanksiyalarına münasibət bildirib.

Sözçü bununla bütün diplomatik qapıların bağlandığını söyləyib.

A.Musəvi vurğulayıb ki, ABŞ sülh və təhlükəsizlik üçün qurulmuş beynəlxalq sistemi yox etməyə çalışır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tram İranın dini lideri Ayətullah Əli Xamneyi və səkkiz yüksək vəzifəli hərbi komandirə sanksiya tətbiq edib.

İranın Xarici İşlər naziri Cavad Zərifin də bu həftə ərzində ABŞ tərəfindən sanksiya siyahısına əlavə olunacağı bildirilir.

AzNews.az